Baş nazir yenidən əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir yenidən əməliyyat olundu

Dünya

17 May 2024 16:49 753


2 gün əvvəl sui-qəsdə məruz qalan Slovakiyanın baş naziri Robert Fiko yenidən əməliyyat olunub.

Yenisabah.az xəbər verir ki, həkimlər güllə yaralarından qalan nekrotik toxumanı çıxarıblar.

Əməliyyat təxminən 2 saat davam edib və baş nazir hələ də reanimasiyadadır, vəziyyəti stabil, ağırdır pizza

Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Fikonu güllələyənlərin siyasi motivlərlə bağlı olduğunu bildirib.

Baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak da xəstəxanada Fiko ilə ünsiyyət qura bildiyini, lakin zədənin ciddiliyinə görə görüşün qısa olduğunu deyib.

Kalinyakın sözlərinə görə, Fikoda müşahidə olunan vəziyyətin dinamikası haqqında danışmaq üçün hələ bir neçə gün keçməlidir.

Xatırladaq ki, mayın 15-də Qandlova şəhərində 71 yaşlı kişi baş nazirə beş dəfə atəş açıb, dörd güllə Fikoya dəyib. Cümə axşamı gecəsi o, beş saat davam edən ilk əməliyyata məruz qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!