Baş Nazirdən qərar:   Yeni dövlət fondu yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazirdən qərar: Yeni dövlət fondu yaradıldı

Siyasət

15 Dekabr 2020 20:55 1030


Nazirlər Kabineti “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası”nı təsdiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. Dördpendirli pizza

“Qayda”da milli standartlaşdırma qurumu tərəfindən idarə olunan dövlət fonduna daxil edilmiş dövlət standartlarının, texniki şərtlərin, standartlaşdırma üzrə beynəlxalq standartların və onların tətbiqi qaydalarının prosedurları tənzimlənir.

Dövlət fondu standartlaşdırma üzrə normativ sənədlərdən istifadə edən və bu sahədə normativ sənəd hazırlayan dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətinin səmərəliliyini yüksəldəcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!