Baş naziri təhqir edən jurnalist cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Baş naziri təhqir edən jurnalist cərimələndi

Dünya

20 İyul 2024 16:08 734


Milanda məhkəmə jurnalisti İtaliyanın baş naziri Corca Meloniyə 5 min avro təzminat ödəməyə məcbur edib.

Yenisabah.az ANSA-ya istinadla xəbər verir ki, buna səbəb jurnalistin sosial şəbəkədəki paylaşımında onu ələ salmasıdır.

Culiya Korteze 2021-ci ilin oktyabrında X-də Meloninin boyuna lağ edib. pizza mizza

BUna görə də jurnalist 1200 avro cərimələnib.

Meloni 3 il əvvəl sosial şəbəkədə mübahisə etdikdən sonra jurnalisti məhkəməyə verib.

O zaman Meloninin ifrat sağçı “İtaliya Qardaşları” partiyası müxalifətdə olub. Korteze onun Benito Mussolini ilə eyni fonda şəklini paylaşıb. “Sən məni qorxutmursan, Corca Meloni. Axı sənin boyu cəmi 1,2 metrdir. Mən səni heç görə bilmirəm".

Bəzi KİV-lərin məlumatına görə, Meloninin boyu 158 sm-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!