Baş nazirin müavini Baydenə yalvardı: “Sizdən xahiş edirəm, kömək edin“

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirin müavini Baydenə yalvardı: “Sizdən xahiş edirəm, kömək edin“

Dünya

07 Mart 2022 15:13 2962


Ukraynada vəziyyət getdikcə daha kritik hal almağa başlayıb. Rusiya ordusunun hərbi əməliyyatların coğrafiyasını genişləndirməsi ölkəni böyük bir fəlakətlə üz-üzə qoyub. Artqı Ukrayna rəsmiləri də vəziyyətin mürəkkəb olduğunu etiraf edir, Qərb dövlətlərini təxirəsalınmaz addımlar atmağa çağırırlar. 

Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin bərpası məsələləri üzrə rəhbəri İrina Vereşçuk dünya liderlərinə müraciət edib.

Yenisabah.az xəbər verir ki, o, ölkədə humanitar dəhlizlərin açılması üçün kömək istəyib: “Liderlərə müraciət edirəm: Emmanuel Makron, Boris Conson, Cozef Bayden... Xahiş edirəm, yüz minlərlə insanın, o cümlədən xarici vətəndaşların həyatını xilas edəcək real effektiv humanitar dəhlizlərin açılmasına kömək edin".  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!