Baş nazirin videosu yayıldı, tənqid edildi  - Video

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirin videosu yayıldı, tənqid edildi  - Video

Dünya

20 Avqust 2022 13:05 1873


Finlandiyanın Baş Naziri Sanna Marinin internetə sızan videosunda Covid-19 pandemiyası ərəfəsində əylənməsi əks reaksiyalara səbəb olub.

“Yeni Sabah” Xarici KİV-ə istinadən xəbər verir ki, kadrlarda Baş Nazir və dostlarının, o cümlədən finlandiyalı məşhurların rəqs edib mahnı oxuduqları əks olunub.

Məlumata görə, ondan, əks partiyalar tərəfindən narkotik testindən keçməsi tələb edilib. Dominos pizza

Marin bu iddialara cavab olaraq bu həftənin cümə günü testdən keçdiyini açıqlayaraq qeyd edib:

"Narkotik test tələbini ədalətsiz hesab etsəm də, öz hüquqi müdafiəmi və hər hansı şübhələri aradan qaldırmaq üçün mən bu gün narkotik testindən keçdim, nəticəsi təxminən bir həftə sonra olacaq".

Qeyd edək ki, o, keçən il karantin qaydalarını pozduğu üçün ictimaiyyətdən üzr istəmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!