"Boris Conson istefa verərsə, baş nazir postuna namizəd olacağam".
Yenisabah.az ITV-yə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş prokuroru Svella Braverman bildirib.
O deyib: “Baş nazir postu uğrunda mübarizə olarsa, mən öz namizədliyimi irəli sürəcəm. Mən bu ölkəyə borcluyam və baş nazir olmaq ən böyük şərəf olardı. Consonun vəzifədə qalması qəbuledilməzdir. Baş nazirin istefa vermə vaxtıdır". Dominos pizza
Eyni zamanda, o, baş prokuror postundan getməyi planlaşdırmadığını, çünki xidmət onun ölkə qarşısındakı borcu olduğunu bildirib.
Xatırladaq ki, son 2 gündə səhiyyə naziri Sacid Cavid, maliyyə naziri Rişi Sunak, uşaqlar və ailələr naziri Uill Kuins və nəqliyyat nazirliyinin özəl parlament katibi Laura Trott da daxil olmaqla, 44 hökumət naziri və yüksək vəzifəli hökumət rəsmisi istefa verib.
Telegram kanalımız