Baş Prokurorluq “Qranit-QP” MMC-nin işinə dair açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq “Qranit-QP” MMC-nin işinə dair açıqlama yaydı

Kriminal

26 Oktyabr 2023 13:21 1082


Qanunvericiliyin tələblərinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməli olduğu halda təssüflər olsun ki, bəzi media və sosial şəbəkə səhifələrində hazırda məhkəmə baxışında olan “Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin təqsirləndirildiyi iş üzrə cinayət təqibinə dair detalların məqsədli və mütəmadi şəkildə ictimailəşdirilməklə guya qanun pozuntularına yol verilməsi barədə təhrif olunmuş məlumatlar yayılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmə baxışında olan cinayət işi üzrə əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir. Dominos pizza

"Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və əsassız məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik", - qurumdan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!