Baş prokurordan Araik Arutyunyanla bağlı mühüm   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Baş prokurordan Araik Arutyunyanla bağlı mühüm AÇIQLAMA

Siyasət

26 Fevral 2021 19:28 2593


"Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb".

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, həmin ittihamlar sübutlarla təsdiq olunub: "Gec-tez həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olunacaq". pizza hut

Baş prokuror onu da qeyd edib ki, əvvəllər qanunsuz fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikasının rəhbərləri" tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə ümumilikdə 304 nəfər axtarışa verilib.

Axtarışda olanlardan 40 nəfəri Xocalı soqırımının iştirakçılarıdır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!