Ukrayna qoşunları son sutka ərzində Donetsk və Luqansk istiqamətində rusların 7 hücumunu dəf ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 1-i saat 06:00-a olan əməliyyat məlumatında bildirib.
Məlumata görə, ukraynalılar rusların 3 tank, 2 zirehli transportyor, 2 maşın və 2 artilleriya sistemini sıradan çıxarıb. Orlan-10 PUA-sı da vurulub. Toyuqlu pizza
Baş Qərargah həmçinin bildirir ki, Rusiya işğalçı qüvvələrinin bölmələrinin Kiyev vilayətinin şimalından Belarus Respublikası ilə dövlət sərhədinə qismən çıxarılması davam edir.
"Müxtəlif sayda texnikanın qarışıq karvanlarının hərəkəti qeydə alınır. Konvoylara həmçinin ərazilərin müvəqqəti işğalı zamanı rus işğalçıları tərəfindən oğurlanmış mülki avtomobillər (yük maşınları, avtobuslar, mikroavtobuslar, minik avtomobilləri) daxildir. Bundan başqa, düşmən tərəfindən talan edilmiş əmlakın çıxarılması da həyata keçirilir" , - Baş Qərargahdan bildirilib.
Onlar həmçinin qeyd edirlər ki, müvəqqəti işğal olunmuş ərazilərdə düşmən öz qanunsuz əməllərini davam etdirir, mülki əhalinin gediş-gəlişini məhdudlaşdırır, şəxsi heyətin yerləşdirilməsi üçün yerli sakinlərin ev və mənzillərindən istifadə edir, yerli sakinləri və fəalları girov saxlayır.
Eyni zamanda, Baş Qərargah qeyd edir ki, Ukrayna Müdafiə Qüvvələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirməkdə, geri çəkilən düşməni təqib etməkdə, işğalçıların müdafiə mövqelərini yarmaqda və Ukrayna torpaqlarını mərhələli şəkildə azad etməkdə davam edir.
Telegram kanalımız