Baş Qərargah: Rusiya Ukraynada 267 min hərbçisini itirib 

Baş Qərargah: Rusiya Ukraynada 267 min hərbçisini itirib 

Dünya Veb saytların hazırlanması

08 Sentyabr 2023 09:42 391


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 640 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 267 540 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 23 tank, 23 zirehli döyüş maşını, 31 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!