Başı daşa dəyən fəhlə öldü

saytların hazırlanması

Evə çatdırılma

Başı daşa dəyən fəhlə öldü

Hadisə

13 İyul 2022 10:03 1172


İyulun 6-ı saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Vasif Bayramovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Sabunçu rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Əlvan Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaramış mübahisə zamanı Vasif Bayramovu itələyib. Sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Əlvan Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!