Başqa hansı partiyalar YAP-a birləşəcək?   - “Fərqli mövqelərdəyik“

saytların hazırlanması

Evə çatdırılma

Başqa hansı partiyalar YAP-a birləşəcək? - “Fərqli mövqelərdəyik“

Siyasət

05 Mart 2021 14:15 959


Azərbaycanda 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib. Partiyaların müraciətinə YAP-ın bu gün keçirilən VII qurultayında baxılıb.

Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yeisabah.az-a açıqlamasında qeyd edib ki, YAP-a birləşmək barədə qərar verənlər fəaliyyət göstərməyən partiyalardır:

“Əslində, YAP-a birləşmək yaxşı qərardır. Siyasi təşkilatların təmərküzləşməsi müsbət haldır. Amma bu təmərküzləşmə seçki prosesindən sonra olmaldır. Güclü siyasi təşkilatlar səhnənin açıq tərəfində olur, digərləri isə ya sıradan çıxır, ya da birləşmək məcburiyyətində qalır. Təəssüf ki, Azərbaycanda indiyədək demokratik seçki keçirilmədiyi üçün belə hal olmayıb. Elə ona görə də, “Ölkədə siyasi təşkilatların sayı niyə çoxdur?”,-deyirdilər”. Dominos pizza

Həmsöhbətimiz YAP-a birləşmək istəməmələrinin səbəbini də açıqlayıb:

“Siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası ilə fərqli mövqelərdəyik. Onların düşündüyü, idarə etdiyi sistemi inzibati amillik metodlarına əsaslanan mövcud sistemdir. Bizim düşündüyümüz sistem isə hüquqi dövlətçiliyin əsas prinsipləri olan qanun aliliyi, mühasibat bölgüsünə uyğundur. Azərbaycanda hakimiyyət bölgüsü YAP-ın istəyinə görə belə olmalıdır ki, Mərkəzi İcra Hakimiyyətinin əmri ilə Məhkəmə Hakimiyyəti və Qanunverici hakimiyyət hərəkət etməlidir. Bizim düşündüyümüzə görə isə fərqli olmalıdır. Bu gün Konstitusiyaya görə YAP hakimiyyətdədir. Dövlətin səlahiyyətləri var, vəzifələri yoxdur. Türkiyədə buna deyirlər ki, “Hətta uca Allahımız peyğəmbərimizə bu qədər səlahiyyət verməyib”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!