Batumidə 9 nəfərin ölümünə səbəb olan Azərbaycan vətəndaşına hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Batumidə 9 nəfərin ölümünə səbəb olan Azərbaycan vətəndaşına hökm oxundu

Hadisə

10 İyul 2022 22:59 1242


Batumidə yaşayış binasının uçması nəticəsində saxlanılan Azərbaycan vətəndaşına hökm oxunub.

Yenisabah.az xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.

Məhkəmə bu iş üzrə hər üç müttəhimi təqsirli bilib. Dördpendirli pizza

Mənzil sahibi Zaur Budaqov 4 il, işə götürdüyü inşaatçılar Xüseyn Surmanidze və Giorgi Surmanidze isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 8-də Batumidə yaşayış binasının bloklarından biri uçub. 3-ü uşaq olmaqla 9 nəfər ölüb.

Dağıntıya səbəb Budaqova məxsus birinci mərtəbədə yerləşən mənzildə daşıyıcı divarın sökülməsi olub./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!