Bayden hökuməti İranın İslam İnqilabı Keşikçi Korpusunu (İİKK) terror təşkilatları siyahısından çıxarmamaq tələbini rədd etmək niyyətindədir.
Yenisabah.az "Washington Post"a istinadla xəbər verir ki, bunu ABŞ administrasiyasının anonim qalmaq istəmiş bir rəsmisi bildirib.
“Prezident Bayden danışıqlar uğursuzluğa səbəb olsa belə, İİKK-nın terror təşkilatları siyahısından çıxarılmamasına razılıq vermək niyyətində deyil”, - deyə mənbə qeyd edib. Dördpendirli pizza
"Nüvə sazişinin bərpası İrandan asılıdır. Prezident əsas prinsiplərə əməl edəcək. İranlılar da fikirlərimizi bilirlər. Bayden fikrini dəyişmək istəmir və təbii ki, etməməlidir. Bu, böyük ölçüdə simvolik ola bilər, lakin İran da lazımi çıxış yolu tapmalıdır", - deyə əlavə edib.
Telegram kanalımız