ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahudan Qəzzaya davamlı humanitar yardım axınını təmin etməyi tələb edib.
Yenisabah.az “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə iki ölkə liderlərinin telefon danışıqlarından sonra yayılan bəyanatda deyilir:
“Bayden görüş zamanı Netanyahuya İsrailə dəstək tədbirləri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinin yəhudi dövlətinin sahilləri yaxınlığında yerləşdirilməsi barədə məlumatları qeyd edib. Tərəflər bir neçə gün ərzində yenidən əlaqə saxlamağa razılaşıblar”. Dominos pizza
“Prezident Qəzza zolağından daha iki girovun azad edilməsini alqışlayıb və ABŞ vətəndaşları, eləcə də digər mülki şəxslər də daxil olmaqla, HƏMAS tərəfindən saxlanılan bütün girovların Qəzza zolağından azad edilməsi və təhlükəsiz keçməsi üçün səylərin davam etdirilməsinə sadiqliyini təsdiqləyib”.
Telegram kanalımız