Co Bayden Gürcüstan lideri Salome Zurabişviliyə Gürcüstan hakimiyyətinin demokratiya prinsiplərinə zidd hərəkətlərindən məyus olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Bu barədə Amerika liderinin Gürcüstan prezidentinə ünvanladığı məktubda deyilir.
“Avroatlantik istəklərini ifadə etməkdə davam edən gürcü xalqının iradəsini qeyd etmək istərdim... Gürcüstan hökumətinin antidemokratik hərəkətləri məni məyus etdi, buna misal olaraq xarici agentlər haqqında qanundur”, - deyə Bayden vurğulayıb. pizza mizza
Amerika prezidenti sözügedən qanunu “Kreml üslubunda” qəbul edilmiş adlandırıb, eyni zamanda, yüksək vəzifəli Gürcüstan rəsmilərinin “yalan bəyanatlarını” tənqid edib.
Baydenin sözlərinə görə, Tbilisi ilə Vaşinqton arasında münasibətlərin soyumasına baxmayaraq, ABŞ Gürcüstanın Avropa və Atlantik inteqrasiyasına sadiq qalır.
Telegram kanalımız