ABŞ prezidenti Co Bayden Ukraynaya 775 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılması barədə göstəriş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Mən ABŞ prezidenti kimi dövlət katibinə Ukraynaya yardım göstərmək üçün Müdafiə Nazirliyinin vəsaitini 775 milyon dollar azaltmaq səlahiyyətini verirəm”, - Ağ Ev rəhbərinin sənədində deyilir. Marqarita pizza
Qeyd edək ki, göstəriş ABŞ Diplomatiya Departamentinin rəhbəri Entoni Blinkenə göndərilib.
Telegram kanalımız