“Bayden Ukraynaya səfər etməyi planlaşdırmır“ - ABŞ diplomatı

saytların hazırlanması

Evə çatdırılma

“Bayden Ukraynaya səfər etməyi planlaşdırmır“ - ABŞ diplomatı

Dünya

20 Mart 2022 23:40 370


“ABŞ Prezidenti Co Bayden gələn həftə Avropaya səfəri çərçivəsində Ukraynaya səfər etməyi planlaşdırmır”.

APA xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

“Mən bildiyimə görə, belə plan yoxdur. Prezident Avropaya bizim tərəfdaşlarımız və müttəfiqlərimizlə görüşə gedir. Mən Prezidentin Ukraynaya səfəri ilə bağlı heç bir müzakirə görmədim”,- deyə Linda Tomas-Qrinfild müsahibəsində bildirib. pizza

Ağ Evin mətbuat katibi Cen Psaki də Baydenin Ukraynaya səfəri planının olmadığını deyib.

“Biz bu gün Prezidentin Avropaya səfərinin əlavə təfərrüatlarını açıqlayacağıq. Səfər Ukrayna xalqına dəstək üçün dünyanı birləşdirməyə davam etməyə həsr olunacaq. Lakin Ukraynaya səfər etmək planı yoxdur", - deyə Psaki "Twitter" səhifəsində bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!