ABŞ prezidenti Co Baydenin dili sürüşüb və Volodimir Zelenskini “prezident Putin” adlandırıb.
Yenisabah.az xəbər verir ki, NATO-nun Vaşinqtonda keçirilən sammitində o deyib: “İndi sözü cəsarətli Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”.
Bayden səhvini tez anlayıb: “Prezident Putin? O [Zelenski] prezident Putini məğlub edəcək. Mən prezident Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmamalıyıq”. pizza
Yaxınlıqda dayanan Zelenski "Mən daha yaxşıyam", - deyə zarafat edib.
Bayden deyib: "Sən daha yaxşısan".
Telegram kanalımız