Bayden Zelenskinin arvadı ilə görüşdü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bayden Zelenskinin arvadı ilə görüşdü - FOTO

Dünya

20 İyul 2022 10:09 768


ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Ağ Evdə olub.

Yenisabah.az “CNN”ə istinadən xəbər verir ki, Yelena Zelenskaya ABŞ-ın birinci xanımı Cill Baydenlə rəsmi görüş üçün Ağ Evə səfər edib.

Məlumata görə, ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden Yelena Zelenskayanı şəxsən qarşılayıblar. Baydenin Zelenskayanı böyük çiçək buketi ilə qarşılaması xüsusi diqqət çəkib.  Pepperoni pizza

Ağ Evin yaydığı məlumata görə, Zelenskaya və Bayden ABŞ-ın Ukrayna hökumətinə və xalqına gələcək dəstəyini müzakirə ediblər.

Bildirilir ki, Cill və Co Baydenlə görüşdən sonra Yelena Zelenskaya digər rəsmi şəxslərlə də görüşlər baş tutub. 

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Yelena Zelenskaya ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb. Bununla yanaşı, bu gün Ukraynanın birinci xanımı ABŞ Konqresində çıxış edəcək./Modern.az 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!