ABŞ Prezidenti Cozef Bayden Rusiyanın G20-dən çıxarılması ilə bağlı təklif irəli sürüb.
Yenisabah.az xəbər verir ki, dövlət başçısı bunun təşkilatın özündən asılı olduğunu vurğulayıb:
" ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək". Pepperoni pizza
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib:
"Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz. ABŞ konkret qurumlar və konkret həll yolları ilə bağlı müttəfiqləri ilə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istəyir".
Telegram kanalımız