ABŞ prezidenti Co Baydenin etimad səviyyəsi bu həftə 36 faizə düşüb ki, bu da onun Ağ Evdəki 19 ayı ərzində ən aşağı göstərici olub.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bunu “Ipsos” sosioloji xidmətinin dərc etdiyi sorğunun nəticələri sübut edir.
Baydenin bəyənmə reytinqi bir həftə əvvəl qeydə alınan 39 faizlə müqayisədə 3 faiz azalıb. Amerikalıların 59 faizi prezidentin işini bəyənmir. Pepperoni pizza
Demokratlar Partiyasında da Baydenin müdafiə səviyyəsi azalıb. Ötən həftə bu göstərici 74 faiz idisə, indi 69 faizə düşüb. Respublikaçılar Partiyasının nümayəndələri arasında isə cəmi 11 faiz prezidentin fəaliyyətini bəyənir.
Telegram kanalımız