Baydenin oğlu məhkəmə qarşısına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Baydenin oğlu məhkəmə qarşısına çıxacaq

Dünya

19 Dekabr 2023 11:31 535


ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden Kaliforniya ştatının federal dairə məhkəməsi qarşısına çıxacaq.

Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, proses yanvarın 11-də keçiriləcək.

Dekabrın əvvəlində Hunter Baydenə qarşı vergidən yayınma üzrə 9 ittiham irəli sürülüb. Konkret olaraq, o, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün borclu olduğu ən azı 1,4 milyon dollar federal vergidən yayınma sxemində iştirak etməkdə ittiham olunur. Yəni Amerika liderinin oğlu saxta vergi bəyannamələri verməkdə suçlanır. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər. Pepperoni pizza

Prokurorlar hesab edirlər ki, Hunter Bayden "vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə" milyonlarla dollar xərcləyib.

O, əvvəllər silahla bağlı 3 cinayətdə ittiham olunub. Prezidentin oğlu odlu silah alarkən yalan danışmaqda və lisenziyalı satıcıya yalan məlumat verməkdə ittiham olunur. Üçüncü ittiham narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!