ABŞ prezidenti Co Bayden xəstələndiyini bildirib.
Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prezident yaş yarımlıq nəvəsindən zökəmə yoluxduğunu deyib.
“Mən yaxşıyam, hər gün COVID-19 testləri edirəm... Sadəcə zökəm olan yaş yarımlıq bir nəvəm var və o, babasını öpməyi çox sevir... Bir sözlə, sadəcə soyuqdəymədir”, - deyə Bayden jurnalistlərin səhhəti ilə bağlı suallarını cavablandırarkən qeyd edib. pizza sifarişi
Bayden işsizliklə bağlı növbəti məlumatların dərci münasibətilə açıqlama verərkən burnunda danışıb və ara-sıra öskürüb.
Telegram kanalımız