Bayraktar Zelenski ilə görüşdü:   “Ukraynanın qəhrəmanıdır”

saytların hazırlanması

Evə çatdırılma

Bayraktar Zelenski ilə görüşdü: “Ukraynanın qəhrəmanıdır”

Dünya

19 Avqust 2022 12:51 1020


Türkiyənin "Baykar Makina" şirkətinin baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş ötən gün Lvovda baş tutub.

Yenisabah.az xəbər verir ki, Bayraktar Zelenski ilə görüş barədə təəssüratlarını tviter hesabında paylaşıb.

“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - Bayraktar yazıb. pizza

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada səfərdə olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!