Bayram günlərində 5 nəfər dənizdə batıb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində 5 nəfər dənizdə batıb - VİDEO

Hadisə

13 İyul 2022 11:36 854


Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 405 yanğına çıxış, 34 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində beşi azyaşlı olmaqla 40 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib.

Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, bağlı qapı arxasında aşkar olunan 2 nəfərin və suda batan 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sezar pizza

Əməliyyat görüntülərini təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!