Bayram tətilinin 4-cü günü: duman, külək, dağlarda şaxta...

saytların hazırlanması

Evə çatdırılma

Bayram tətilinin 4-cü günü: duman, külək, dağlarda şaxta...

Sosial

01 Yanvar 2025 13:48 1084


Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % olacaq. Toyuqlu pizza

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda isə gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!