BBC ixtisarlara hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

BBC ixtisarlara hazırlaşır

Dünya

23 İyul 2024 19:19 724


Britaniyanın BBC yayım korporasiyası xərclərin azaldılması proqramı çərçivəsində təxminən 500 işçisini ixtisar etməyi planlaşdırır.

Yenisabah.az Financial Times-a istinadla xəbər verir ki, BBC öz gəlirini evdə televizoru olan bütün britaniyalıların ödədiyi ildə 169,5 funt sterlinq (219 dollar) məbləğində məcburi ödənişdən əldə edir.

İllik hesabatda göstərilir ki, ötən ilin sonunda ölkədə təxminən 23,9 milyon belə ev təsərrüfatları olub ki, bu da bir il əvvəlkindən 500 min azdır. Toyuqlu pizza

2010-cu ildən bəri illik gəlirlər üçdə bir və ya ildə təxminən 1 milyard funt sterlinq azalıb.

Bu il BBC-nin sədri olan Samir Şah xəbərdarlıq edib ki, gəlirlərin azalması məzmun büdcələrinə mənfi təsir göstərir.

Təxminən 21,8 min nəfərin çalışdığı korporasiyanın rəhbərliyi rəqəmsal yayıma sərmayənin artırılması da daxil olmaqla, “dəyişiklik tempini sürətləndirəcəyinə” söz verib.

BBC-nin illik hesabatında həmçinin qeyd olunur ki, korporasiyada ən yüksək maaş alan aparıcı, son bir ildə 1,3 milyon funt sterlinqdən çox qazanan "Günün matçı" proqramının aparıcısı olan məşhur keçmiş futbolçu Qari Lineker olaraq qalır. BBC-nin baş direktoru Tim Devi xeyli az - 525 min funt-sterlinq alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!