BDU-da nöqsanlar aşkarlandı 

saytların hazırlanması

Evə çatdırılma

BDU-da nöqsanlar aşkarlandı 

Sosial

25 İyul 2024 10:58 565


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. 

Yenisabah.az xəbər verir ki, kollegiya iclasında ilk olaraq “Bakı Dövlət Universiteti tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin, həmçinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. İclasda Bakı Dövlət Universitetinin rektoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və prorektorlar da iştirak ediblər. Rektor auditin nəticələrinin Universitetin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının bütün təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib. 

Daha sonra “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.  Dördpendirli pizza

Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların təhsil müəssisələri tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. 

İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!