Əməkdar artist, “Bakılı oğlanlar” KVN komandasının üzvü Bəhram Bağırzadə sosial şəbəkələrdə şirkətləri pulsuz reklam edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə aktyor özü məlumat verib. O, bu kampaniyanı Ramazan ayı ilə əlaqədar başlatdığını qeyd edib.
B.Bağırzadə sözügedən kampaniyadan yalnız yerli şirkətlərin yararlana biləcəyini vurğulayıb: Marqarita pizza
“Hörmətli iş adamları! Mübarək Ramazan ayı ilə əlaqədar olaraq sizə reklam tribunası təqdim edirəm. Söhbət yalnız Azərbaycanda məhsul və ya xidmətlərini istehsal edən yerli iş adamlarından gedir. 23 aprel tarixinədək mən sizin şirkətlərinizi sosial şəbəkələrdəki səhifələrimdə tamamilə pulsuz reklam etməyə hazıram. Elanlarınızı “Direct” və ya “WhatsApp” vasitəsilə mənə göndərin. Gəlin, bir-birimizə kömək edək və dəstək olaq, çünki yalnız birlikdə güclüyük və hər birimiz təkcə özümüz üçün deyil, həm də ölkənin və cəmiyyətin rifahı üçün çalışırıq. Biz birlikdə olanda yenilməzik!”
Telegram kanalımız