Bəhram: “Onu Bakısayağı Şonya deyə çağırırdıq“

saytların hazırlanması

Evə çatdırılma

Bəhram: “Onu Bakısayağı Şonya deyə çağırırdıq“

Şou

02 Mart 2023 14:09 1863


Əməkdar artist Bəhram Bağırzadə Hacı Şahin Həsənli ilə bağlı status paylaşıb.

Yenisabah.az xəbər verir ki, o, "Facebook" hesabında bu gün vəfat edən ilahiyyatçı barədə yazıb:

“Kiminə görə Həsənov, Həsənli, kiminə görə də Hacı, Hacı Şahin olub. Kimsə ona müəllim və ya şeyx deyirdi... Biz isə dost olan 189 saylı məktəbin şagirdləri sadəcə olaraq onu Bakısayağı Şonya deyə çağırırdıq.  pizza sifarişi

Əziz Şonya... Sən gecə vəfat etdin. Bunun necə və niyə baş verdiyini hələ bilmirik. Başımda çaşqınlıq, ürəyimdə ağrı... Heç nə başa düşmürəm. Amma bir neçə dəqiqədən sonra işlədiyin məscidə gedəcəm. Siz çox ağıllı, müdrik, aristokrat, savadlı, bir neçə dil bilirdiniz”.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!