“Belarus çox çətin dövr yaşayır” - Lukaşenko 

saytların hazırlanması

Evə çatdırılma

“Belarus çox çətin dövr yaşayır” - Lukaşenko 

Dünya

27 Avqust 2024 15:47 303


Ukraynada baş verənləri və Qərbin sabitliyi pozmaq planlarını izləmək lazım gəldiyi üçün Belarus çox çətin bir dövr yaşayır. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib. 

“Biz ən çətin dövrdə yaşayırıq. Mən cənubda müharibənin getdiyini demirəm. Qərbdəki bu dəlilər bizə qarşı nə hazırlayırlar? Biz bunu diqqətdə saxlamalıyıq”, - deyə BelTA xəbər agentliyi Lukaşenkodan sitat gətirir.  Dördpendirli pizza

Həmçinin, o, sözlərinə davam edərək, deyib: “Bu vəziyyətdə ölkənin üzünü Qərbdən Şərqə çevirmək lazım olduğunu nəzərə almaq lazımdır. Şərqdə qəbul olunmağımızı təmin etməliyik. Şükürlər olsun ki, biz uğur qazanırıq, lakin bu, çox ağır işdir”, - deyə prezident bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!