Belarus deputatı Ermənistandakı səfirlikdə baş verən insidenti şərh etdi

saytların hazırlanması

Evə çatdırılma

Belarus deputatı Ermənistandakı səfirlikdə baş verən insidenti şərh etdi

Dünya

21 Avqust 2024 23:12 575


Belarusun Ermənistandakı səfirliyi qarşısında keçirilən aksiya ermənilərin demoqrafik fəlakət yoluna getdiklərindən xəbər verir.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının (parlamentin aşağı palatası - red.) deputatı, "Belaya Rus" partiyasının sədri Oleq Romanov ONT telekanalına şərhində deyib.

"Bu, demoqrafik fəlakət yoludur, çünki Ermənistan cəmiyyəti parçalanır, ölkə isə demoqrafik potensialını itirir", - o vurğulayıb. pizza sifarişi

Xatırladaq ki, avqustun 21-də Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib və nümayişçilər səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.

Bundan sonra Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona “Ermənistan hüquq-mühafizə orqanlarının bunun qarşısını almaq üçün açıq-aşkar kifayət qədər tədbirlər görmədiyi” bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!