Belarus Ordusunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Belarus Ordusunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirildi

Dünya

18 Avqust 2024 16:17 583


“Belarus, Ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə yerləşdirmək məcburiyyətində qalıb”.

"Report"un məlumatına görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində danışıb.

O qeyd edib ki, Ukrayna Belarusla sərhədləri yaxınlığında 120 mindən çox hərbi qulluqçu saxlayır: Marqarita pizza

Prezident xatırladıb ki, Rusiyadan iyunun sonu - iyulun əvvəlində Belarusun Müstəqillik Günü paradında iştirak etmək üçün aviasiya və quru qoşun hissələrinin bir çoxu gətirilmişdi:

“Ukraynalılar o zaman Rusiyanın Belarus ərazisindən hücuma keçəcəyini düşünürdülər. Və onlar (Ukrayna - Qeyd) 120 minə hərbi personalı sərhədə köçürməyə başladılar. Cavab olaraq ordunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirməyə məcbur oldum. Müharibə, müdafiə zamanı olduğu kimi, bütün sərhəd boyu hərbçilərimizi gətirdik və müəyyən nöqtələrə yerləşdirdik. Üstəlik, orada xüsusi təyinatlılar - “Alfa”, “Almaz” və başqaları işləyir, öz işlərini görürlər”.

Aleksandr Lukaşenko onu da vurğulayıb ki, Belarus qoşunlarının yaxın vaxtlarda sərhəddən çıxarılması istisna olunur: “Bizim qoşunlarımızı Ukrayna ilə sərhəddən çıxarmaq ölüm kimidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!