Belarus tankları Ukrayna ilə  sərhəddə: Lukaşenko müharibəyə qoşulmaq qərarı verib?

saytların hazırlanması

Evə çatdırılma

Belarus tankları Ukrayna ilə sərhəddə: Lukaşenko müharibəyə qoşulmaq qərarı verib?

Dünya

11 Avqust 2024 13:17 669


Belarus Müdafiə Nazirliyi Qomel və Mozır istiqamətlərində qoşun qruplaşmalarının gücləndirilməsi qərarı çərçivəsində Ukrayna ilə sərhədə tankların daşınmasına başlayıb.

Yenisabah.az xəbər verir ki, bir gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna sərhədi yaxınlığında qoşun qruplarının gücləndirilməsi barədə göstəriş verib.

Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, bu ərazilərə xüsusi əməliyyat qüvvələrinin bölmələri, quru və raket qoşunları göndərilib. Onların arasında “Polonez” raket sistemləri və “İsgəndər” kompleksləri var. Marqarita pizza

Bu qərardan əvvəl Lukaşenko Ukrayna PUA-larının Belarusun hava məkanını pozduğu iddiası ilə bağlı bəyanatlar vermişdi.

"Belarusun "İskəndər"ləri və "Polonez"ləri sərhədyanı ərazilərə köçürmək niyyəti Ukrayna Silahlı Qüvvələrinin komandanlığını Kursk vilayətindəki hücumdan yayındırmaq və Vladimir Putinə kömək etmək cəhdidir".

Bunu Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CPD) rəhbəri Andrey Kovalenko bildirib.

Ukrayna silahlı qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin ərazisinə daxil olub.

Regionda gedən döyüşlər zamanı Ukrayna ordusu ən azı 100 kvadrat kilometr Rusiya ərazisini nəzarətə götürə bilib, onlarla rus hərbçisi əsir götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!