Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynaya verən ilk ölkə olub

saytların hazırlanması

Evə çatdırılma

Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynaya verən ilk ölkə olub

Dünya

11 Oktyabr 2023 16:19 316


Ukrayna prezidenti Volodimir Zelenski Brüsselə səfəri çərçivəsində Belçikanın baş naziri Aleksander de Kru ilə görüşüb. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, baş nazir görüşdə ölkəsinin Ukraynaya yardım ayırdığını açıqlayıb. 

"Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək üçün 1.7 milyard avro istifadə edəcək", - deyə o söyləyib.  Dördpendirli pizza

Bununla da Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etməyə başlayan ilk ölkə olub. Gəlir vergiləri hərbi yardım və yenidənqurma üçün tamamilə Ukraynaya gedir. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!