“Belə olarsa, müharibə olacaq, heç vaxt sülh olmayacaq” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Belə olarsa, müharibə olacaq, heç vaxt sülh olmayacaq” - Paşinyan

Siyasət

01 Fevral 2024 20:41 2025


“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”. 

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində deyib. 

O, ölkənin Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırıb. Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsini zamanın tələbi olduğunu vurğulayıb. Marqarita pizza

Baş nazir həmçinin Ermənistanın öz təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilməsinin vacibliyindən danışıb. 

“Biz bu mühitdə yaşamağı bacarmalıyıq və mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin etməliyik”, - Paşinyan bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!