Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Qəmbər Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
İstintaqın gedişində Qəmbər Məmmədovun vəzifədə olduğu 2015-2022-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. pizza sifarişi
Toplanmış sübutlar əsasında Qəmbər Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilib.
Telegram kanalımız