Benni Qantz: “İrana ciddi ziyan vuracağıq“

saytların hazırlanması

Evə çatdırılma

Benni Qantz: “İrana ciddi ziyan vuracağıq“

Dünya

26 İyul 2022 20:10 1428


"İsrail İranın nüvə proqramına ciddi ziyan vura bilər".

Yenisabah.az “Times of Israel” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.

“İran qlobal problemdir. Bu, təkcə İsrailin şəxsi məsələsi deyil”, – deyə Qantz "Channel 13"-ə bildirib. pizza mizza

O əlavə edib: “Biz nüvə proqramını ciddi şəkildə zədələyə və gecikdirə bilərik”.

ABŞ prezidenti Co Baydenin İran və dünya qüdrətləri arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planını canlandırmaq istəyinə gəlincə, Qantz bunun "ağlabatan bir konsepsiya" olmadığını deyib.

O, xəbərdarlıq edib ki, belə bir razılaşma iranlılara öz iqtisadiyyatlarını inkişaf etdirməyə imkan verəcək və nəticədə daha sonra nüvə proqramına qayıtmağı qanuniləşdirəcək.

B. Qantz yaxın gələcəkdə razılığın əldə olunacağını gözləmədiyini bildirib: "Hazırda mən bunun heç bir ciddi əlamətini görmürəm, lakin bunu istisna etmirəm".

ABŞ-ın mümkün hərbi müdaxiləsi ilə bağlı nazir bu ayın əvvəlində Baydenin özünün verdiyi açıqlamalara istinad edərək, ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün son çarə olaraq güc tətbiq edəcəyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!