Bərdədə ev yandıran və ögey qızını bıçaqlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə ev yandıran və ögey qızını bıçaqlayan şəxs saxlanıldı

Hadisə

24 İyul 2022 18:25 950


Bərdədə arvadının evini yandırıb, ögey qızına bıçaqla xəsarət yetirən Şikar Abdullayev saxlanılıb.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, o, hüquq-mühafizə orqanlarından yayınmaq üçün şadlıq saraylarında keçirilən toy mərasimlərinə gedirmiş.

Bu gün Bərdədə "Mətin" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət edilməyən qonaq, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. pizza sifarişi

Hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. İddialara görə, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!