Bərdədə məktəb direktoru ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə məktəb direktoru ilə bağlı cinayət işi açıldı

Kriminal

05 Aprel 2023 13:00 958


Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.

Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Pepperoni pizza

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!