Bərdədə qəza: 2 polis yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə qəza: 2 polis yaralandı

Hadisə

21 İyul 2022 20:45 1094


Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb.

"Toyota", "NİVA" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. pizza hut

Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.

Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Cəlalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!