Bərdədə tiktoker həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə tiktoker həbs olundu

Kriminal

24 Dekabr 2024 09:58 601


“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edən şəxs həbs edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini sosial şəbəkədə yayan şəxs müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Xanlar Ziyadov saxlanılıb. Dominos pizza

Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!