Beş şəhidin nəşi Xocalıda dəfn edildi 

saytların hazırlanması

Evə çatdırılma

Beş şəhidin nəşi Xocalıda dəfn edildi 

Sosial

11 İyul 2024 12:05 453


Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhidin nəşi Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. 

Yenisabah.az xəbər verir ki, onların nəşi Xocalı rayonu ərazisində aşkar edilmişdi. 

Dəfn edilən şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovdur.  pizza mizza

Dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!