Beyləqanda aksiya:   İcra başçısı ağac əkdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda aksiya: İcra başçısı ağac əkdi - FOTOLAR

Sosial

28 Oktyabr 2024 14:36 568


Beyləqan rayonunda növbəti dəfə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında magistral yolların kənarında,şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında minlərlə yeni ağac əkilib.

18-28 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında, ümumilikdə 10150 ağac əkilib. pizza

Aksiyalarda Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, , RİH başçısının müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri,şəhid ailə üzvləri,qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Beyləqan-Daşburun avtomobil yolunun, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun və Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yolların sağ və sol tərəflərində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar əkilmiş,onlara aqrotexniki qulluq göstərilməsi, qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!