Beyləqanda COP29-la bağlı qərargah yaradıldı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda COP29-la bağlı qərargah yaradıldı - FOTOLAR

Sosial

04 Noyabr 2024 15:51 544


Beyləqan Rayon İcra Hakimiyyətində COP29-la bağlı qərargah yaradılıb.

2024-cü il 11-22 noyabr tarixlərində Azərbaycanda müxtəlif ölkələri təmsil edən on minlərlə nümayəndənin iştirakı ilə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bununla əlaqədar Beyləqan rayon İcra Hakimiyyətinin başçısının yanında hüquq mühafizə orqanları, "Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinin rayon üzrə rəhbərləri və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-nin direktorundan ibarət xüsusi qərargahlar yaradılıb, “qaynar xətt”(0212251118) və fasiləsiz növbətçilik sistemi təşkil edilib. pizza

Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində rayonda aidiyyatı məsələlərin müzakirəsi məqsədilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rəhbərliyi ilə müşavirə keçirilib.Rayonda həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyəti və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması istiqamətində mövcud vəziyyət müzakirə olunub mühüm tapşırıqlar verilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!