Beyləqanın icra başçısı və prokuroru şəhid ailələrinin qonağı oldu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanın icra başçısı və prokuroru şəhid ailələrinin qonağı oldu - Fotolar

Sosial

17 İyul 2024 11:11 992


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ötən gün Beyləqan rayon Prokuroru Ramazan Hadıyev və RİH başçısının müavinləri və şöbə müdirləri ilə birgə Bolsulu və Qəhrəmanlı qəsəbəsində şəhid məzarlarını ziyarət edib, daha sonra 16 şəhid ailəsinə baş çəkib. 

Şəhid ailələrinin evində olan rayon rəhbəri şəhidlərin ailə üzvlərinə başsağlığı vermiş və bildirmişdir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu hər birimiz üçün əzizdir və dövlətimiz hər zaman onların ailə üzvlərinə diqqət mərkəzində saxlayıb dəstək olacaq. 

Sonda şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması təqdim olunub.  Marqarita pizza

Şəhid ailələri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhid ailələrinin ölkə başçısının ətrafında həmişə sıx birləşəcəklərini bildiriblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!