Beyləqanda “Səyyar Sağlam Həyat” layihəsi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda “Səyyar Sağlam Həyat” layihəsi - FOTOLAR

Sosial

14 Noyabr 2024 15:19 446


Beyləqanda “Səyyar Sağlam Həyat” layihəsi çərçivəsində tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, “Sağlam həyat” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin səyyar idman avtomobili 13 noyabr 2024-cü il tarixdə Beyləqan şəhərində olub. Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə idman həvəskarları əyləncəli vaxt keçirib, müxtəlif idman növlərində qüvvələrini sınayıblar.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev də “Sağlam həyat” layihəsində qonaq qismində iştirak ediblər. pizza mizza

Tədbirdə yeniyetmə, gənc və orta yaşlı nəslin nümayəndələri,idman həvəskarları qoşularaq müxtəlif idman növlərindən-voleybol, basketbol, stolüstü tennis, şahmat və boks avadanlıqlarından istifadə etməklə maraqlı vaxt keçirdilər.

Tədbirin məqsədi könüllülük əsasında sağlam həyat tərzinin aşılanmasıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!