Beyləqanın icra başçısı şəhid ailələrini ziyarət etdi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanın icra başçısı şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Sosial

26 Noyabr 2024 10:02 404


Ötən gün Beyləqan rayonunda daha üç Vətən Müharibəsi şəhidinin ildönümləri ilə əlaqədar ailələri ziyarət olunub.

44 gün davam edən Vətən Müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, cənnət Qarabağın azadlığıyla nəticələndi. Üç minə yaxın qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.

Yenisabah.az xəbər verir ki, Beyləqanda da  torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi daim əziz tutulur, ehtiramla yad edilir. Dominos pizza

Ötən gün növbəti dəfə Beyləqan RİH başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH aparatının nümayəndələri ilə birlikdə ildönümləri ilə əlaqədar daha bir neçə şəhidimizin ailələrini ziyarət edib.

Bahar qəsəbəsində Şəhid Hüseynov Ruslan Vəli oğlunun, Birinci Şahsevən kəndində şəhid Abdullayev Hikmət Şaiq oğlunun, Qaradağlı kəndində Tahirov Rəşid Loğman oğlunun ailəsini ziyarət edən rəsmilər şəhid ailələrinə dərin hüznlə baş sağlığı veriblər.

Beyləqan RİH başçısı Əziz Əzizov ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin hər zaman ehtiramla yad edildiyini, onların ailələrinə diqqət və qayğı göstərildiyini bildirib, şəhid ailələrinin rifah halı, problemləri və qayğıları ilə maraqlanıb.

Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!