Qərinələr boyunca bədxah qonşularımız el-obamıza göz dikmiş, yuedumuzu talan etməyə, obalarımıza hücuma keçməyə cəhd göstərmişlər. Xalqımız əsrlər boyu xainlərlə mübarizəsini davam etdirmiş, Vətəni gözü kimi qorumuşdur.
Torpaqdan pay olmaz, deyib atalarımız. Məğrur xalqımız, igid oğullarımız bu sözlə yola çıxaraq, bir qarış torpağımızı belə düşmən əlində qalmağa izin verməmişdir.
Nəhayət, yarım əsrdən çoxdur ki, səbrimizi sınayan yağı düşmənin də cavabı verildi. Vaxt yetişdi və dədə-baba torpaqlarımıza göz dikib işğal edən ermənilərə də öz payları verildi, ancaq torpaqdan yox... pizza
Səddam Bayramov Vətənin ağır günündə silaha sarılan igidlərdən biridir. Uca Allah onun timsalında bütün şəhidlərimizin bəxtinə müqəddəs zirvəyə yüksəlməyi yazıb. Yeni həyatına, gənclik çağına qədəm qoyan Səbuhi 18 yaşında adını ürəklərə qızıl hərflərlə həkk etdi. Millətin ağlında elə bir iz qoydu ki, adamın ruhu da canından çıxsa, onun adını unutmaq olmaz...
Səddam Bayramov 29 yanvar 2002-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Səddam Bayramov 29 yanvar 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. O, Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Səddam Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səddam Bayramov 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. 16 noyabr tarixində nəşi tapılmış və 22 noyabrda doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səddam Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səddam Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səddam Bayramov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səddam Bayramov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
İllərdir gözü yurd-yuvasında qalan insanları o müqəddəs torpaqlara igidlərimiz qovuşdurdu. Ona görə hər qarışı müqəddəsdir Qarabağın. Od ürəkli oğullarımızın nəfəsi o torpaqlarda hələ də gəzir. Canını qurban verən, özünü atəşə atan, düşmənin ürəyinə dağ çəkən cəngavərlərimizin ruhları əbədi o yerlərə həkk olunub. Şəhid Səddam Bayramov kimi...
Ruhun şad olsun, igid!
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız